İsraildəki Rusiya səfirliyinə ölkəni tərk etməklə bağlı 2 mindən çox rusiyalı müraciət edib
- 20 iyun, 2025
- 16:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiyanın İsraildəki səfirliyinə İsrail və İran arasında münaqişənin gərginləşməsi ilə əlaqədar Rusiya vətəndaşlarından ölkəni tərk etməklə bağlı 2 mindən çox müraciət daxil olub.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Təl-Əvivdəki səfirliyinin konsulluq şöbəsinin müdiri Yekaterina Tarazeviç bildirib.
"Hazırda 2 mindən çox müraciət almışıq, iki qaynar xəttimiz var və müraciətlərə e-poçt vasitəsilə cavab veririk. Böyük əksəriyyət ölkədən çıxmaq və tövsiyələr almaq üçün müraciət edir", - o bildirib.
Şöbə müdirinin sözlərinə görə, ilk günlərdə vətəndaşlara İsrail və Misir arasındakı sərhəd keçidindən istifadə etmək təklif olunurdu, çünki o, 24 saat fasiləsiz işləyir. Son günlərdə isə İsraili İordaniya ilə sərhəd keçidləri vasitəsilə tərk etmək tövsiyə olunur, çünki Əmman hava limanı normal rejimdə fəaliyyət göstərir.