Rusiyada uşaq bağçasına hücum etməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Digər ölkələr
  • 07 may, 2018
  • 11:15
Rusiyada uşaq bağçasına hücum etməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Bakı. 7 may. REPORT.AZ/ Rusiyada uşaq bağçasının gözətçisinə hücum etməkdə və bağçada yanğın törətməkdə şübhəli bilinən şəxs Almetyevsk şəhərində saxlanılıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Tatarıstanın Almetyevski bələdiyyəsinin Təhsil şöbəsinin müdiri Dmitri Sadetdinov məlumat verib.

O həmçinin gözətçi qadının həyatının təhlükə altında olmadığını, hücum zamanı onun əl və ayağından kəsik yaraları aldığını qeyd edib.

Bununla yanaşı, şöbə müdiri yanğın nəticəsində onsuz da iyunun 1-dən əsaslı təmirə bağlanacaq bağçanın yararsız hala düşdüyünü vurğulayıb. Bu səbəbdən uşaqlar daha əvvəldən aparılan bölgü əsasında başqa bağçalara köçürüləcək.


***13:11

Rusiyanın Tatarıstan Respublikasının Almetyevsk şəhərində naməlum şəxs uşaq bağçasına bıçaqla hücum edib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Almetyevsk bələdiyyə başçısı Ayrat Xayrullin məlumat verib.

Onun sözlərinə görə, naməlum şəxs gecə 65 saylı uşaq bağçasına hücum edib, 60 yaşlı qadın gözətçini yaralayıb və ardından yanğın törədib.

A.Xayrulinin deyib ki, bıçaq yarası alan qadın hazırda xəstəxanadadır.

İstintaq orqanları hadisəni araşdırır, cinayətkarın axtarışı həyata keçirilir.

44 filmi