Rusiyada sərnişin avtobusu qəzaya uğrayıb: - 15 yaralı
Digər ölkələr
- 30 oktyabr, 2016
- 06:47
Bakı. 30 oktyabr. REPORT.AZ/ Rusiyanın Saratov vilayətinin Tatişevsk rayonunda yol qəzası baş verib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Karyakin kəndinin 5 kilometrliyində qeydə alınıb.
Belə ki, sərnişin avtobusunun aşması nəticəsində 15 nəfər xəsarət alıb. Onlardan biri onurğa sınığıyla xəstəxanaya yerləşdirilib.
"Qəza zamanı 15 nəfər xəsarət alıb. Onların əksəriyyətində yüngül kəsiklər və zədələr var" – deyə fövqəladə xidmətlərdəki mənbə agentliyə bildirib. Onun sözlərinə görə, avtobusun sərnişinlərindən biri Özbəkistan vətəndaşıdır.
Hadisə zamanı nəqliyyat vasitəsində ümumilikdə 24 sərnişin olub.
Son xəbərlər
11:58
Foto
"PAŞA Real Estate Qrup" və "Marriott International" Azərbaycan və Gürcüstan üzrə çoxsaylı əmlak müqaviləsi imzalayıb
Biznes11:56
ASCO-nun mənfəəti 38 dəfə artıb
Maliyyə11:55
DİM: 107 dövlət orqanında 391 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb
Elm və təhsil11:48
Qərb mediasında Azərbaycan haqqında məqsədli olaraq mənfi təsəvvür yaratmaq cəhdi var – RƏY
Media11:48
Aİ səfiri: Avropa İttifaqı və Azərbaycan münasibətləri yeni mərhələyə keçir
Xarici siyasət11:44
Fərid Şəfiyev: Aİ-dəki lobbiçi dairələr Qarabağ mövzusunu yenidən gündəmə gətirməyə çalışır
Region11:39
Dennis Sammut: Cənubi Qafqazdakı dəyişikliklər Avropa üçün də yeni dövr açır
Region11:38
Foto
Bakıda beynəlxalq turnirdə iştirak edəcək "Elit polo club" komandasının açıq məşqi keçirilib
Komanda11:32