Rusiya XİN ABŞ və İsrailin İrana zərbələrini pisləyib
- 28 fevral, 2026
- 15:31
Rusiya Xarici İşlər Nazirliyi ABŞ və İsrailin İrana endirdiyi zərbələri pisləyib və vəziyyətin dərhal siyasi-diplomatik nizamlanma məcrasına qaytarılmasının tərəfdarı olduğunu bildirib.
Bu barədə "Report" Rusiya XİN-in bəyanatına istinadən xəbər verir.
XİN-in məlumatında qeyd olunur ki, Vaşinqton və Təl-Əviv növbəti dəfə təhlükəli avantüraya əl atıblar ki, bu da regionu humanitar, iqtisadi və istisna deyil ki, radioloji fəlakətə sürətlə yaxınlaşdırır.
Bununla əlaqədar Rusiya XİN Yaxın Şərqdə vəziyyətin nizamlanması üçün siyasi və diplomatik tədbirlərdən istifadə etməyə çağırıb:
"Vəziyyətin dərhal siyasi-diplomatik həll yoluna qaytarılmasını tələb edirik. Rusiya əvvəlki kimi beynəlxalq hüquq, qarşılıqlı hörmət və maraqlar balansına əsaslanan dinc həll yollarının axtarışına kömək etməyə hazırdır".