Rusiya XİN: ABŞ-də prezidentlərə hücumlar ənənə halını alıb
Digər ölkələr
- 14 iyul, 2024
- 08:42
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-də prezidentlərə hücumlar ölkənin daxili-siyasi həyatında ənənə halına çevrilib.
"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova “Rossiya-24” telekanalında bildirib.
"Sui-qəsd cəhdi təəssüf ki, normaya çevrilən bir ənənədir", - Zaxarova deyib.
Rusiya XİN rəsmisi qeyd edib ki, ABŞ Ukraynanı maliyyələşdirməkdənsə, bu pulları öz daxili təhlükəsizliyinə yatırmalıdır.
Xatırladaq ki, ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.
Son xəbərlər
12:58
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
Daxili siyasət12:58
Foto
Xocalı və Ağdərəyə növbəti dəfə 87 nəfər köçürülüb - YENİLƏNİB-4
Daxili siyasət12:57
"Formula 1" üzrə Azərbaycan Qran-prisini 300-ə yaxın media nümayəndəsi hadisə yerindən işıqlandırıb
Formula 112:56
Deputat: "İordaniya ilə vizasız rejim yeni turizm imkanları yaradacaq"
Turizm12:55
Mühacirani: İran ABŞ-dən dialoqun bərpası ilə bağlı təkliflər alıb
Region12:53
Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol təsdiqlənib
Xarici siyasət12:50
Tarixi debüt: Azərbaycan Tibb Universiteti ilk dəfə "THE World University Rankings" reytinqində!
Elm və təhsil12:50
Litva Rusiya səfirliyinin nümayəndəsinə etiraz notası təqdim edib
Digər ölkələr12:50