Rusiya Xarkov və Sumıya hücum edib, ölən və yaralananlar var
Digər ölkələr
- 16 dekabr, 2025
- 11:49
Rusiyanın Xarkov və Sumı vilayətlərinə (Ukrayna) hücumları nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb.
"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Xarkov Vilayəti Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov və onun Sumıdan olan həmkarı Oleq Qriqoryev məlumat verib.
O.Sinequbovun sözlərinə görə, Xarkov vilayətinin yeddi yaşayış məntəqəsi atəşə tutulub, nəticədə üç nəfər yaralanıb. O qeyd edib ki, Rusiya qüvvələri "Geran-2" və "Molniya" tipli pilotsuz uçuş aparatları, bir "FPV" dron və digər silah növlərindən istifadə edib.
O.Qriqoryevin məlumatına görə isə Sumi vilayətində son sutka ərzində atəş nəticəsində bir nəfər ölüb və üç nəfər yaralanıb. 11 yaşayış məntəqəsinə təxminən 20 atəş qeydə alınıb.
Son xəbərlər
10:53
"AmCham": Maliyyə sektorunda texnologiya və innovasiyalardan istifadə zərurətdir
Maliyyə10:52
Sumqayıtda 700 abonentin qazı kəsiləcək
Energetika10:41
Foto
Video
Masazırda mebel sexinin fəaliyyəti dayandırılıb
Hadisə10:38
Foto
Azərbaycan "Al-Hidayah Group"la İslam bankçılığının inkişafını müzakirə edib
Maliyyə10:26
Amerikalı dünya çempionu karyerasını bitirib
Fərdi10:25
Nazirlər Kabineti yanacaqdoldurma və qaz təchizatı obyektləri ilə bağlı qərar verib
Energetika10:23
İran Kiprə nota verib
Region10:19
Aylıq cəmi 1%-dən qızıl təminatlı kredit!
Maliyyə10:16