Sabah Rusiya və Ukrayna arsında növbəti əsir mübadiləsi baş tutacaq

Digər ölkələr
  • 11 iyun, 2025
  • 15:38
Sabah Rusiya və Ukrayna arsında növbəti əsir mübadiləsi baş tutacaq

Rusiya və Ukrayna ağır yaralı əsirlərin təcili mübadiləsinə başlayacaq.

"Report"un yerli KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bildirib.

O, həmçinin qeyd edib ki, Rusiya Ukraynaya 1 212 Ukrayna hərbçisinin meyitini təhvil verib, Ukrayna isə Rusiyaya 27 əsgərinin meyitini təhvil verib.

44 - Tezliklə