Rusiya Ukraynanın Dnepropetrovsk vilayətinə zərbələr endirib, ölən və xəsarət alanlar var
- 23 noyabr, 2025
- 23:42
Rusiyanın Dnepropetrovsk vilayətinin Marqanets şəhərində hava hücumu nəticəsində iki nəfər ölüb, daha beş nəfər yaralanıb, Nikopol rayonunda isə daha beş nəfər xəsarət alıb.
"Report"un xəbərinə görə, bu barədə Dnepropetrovsk Vilayətinin Hərbi Administrasiyasının səlahiyyətlərini icra edən Vladislav Qayvanenko sosial mediada məlumat verib.
Onun sözlərinə görə, Marqanetsə zərbələrdən birində 42 yaşlı qadın və 39 yaşlı kişi həlak olub. Nikopol rayonunda beş nəfər yaralanıb: 59 yaşlı kişi və 21, 48, 52 və 69 yaşlı qadınlar. Həkimlər sonuncunun vəziyyətinin ağır qiymətləndirirlər.
Bundan əlavə, Ukraynanın yaşayış məntəqələrində bir neçə yanğın baş verib və təxminən on yanacaqdoldurma məntəqəsinə ziyan dəyib. İnfrastruktur, iki beşmərtəbəli bina, fərdi ev, mağaza, qaraj, eləcə də avtomobillər, yardımçı tikililər və qaz boru kəməri zədələnib. V.Qayvanenko əlavə edib ki, gecə hücumu nəticəsində Dneprdə zərərçəkənlərin sayı artıb - hazırda onların sayı 16 nəfər təşkil edir.