Rusiya rəsmisi: “ABŞ BMT TŞ-da üzvlərin razılığı olmadan islahatlar həyata keçirə bilməyəcək”
- 19 sentyabr, 2023
- 02:49
Yeniliklərdən dərhal xəbərdar olun!
“Amerika Birləşmiş Ştatları BMT Təhlükəsizlik Şurasının üzvlərinin və dünya təşkilatına daxil olan bütün ölkələrin mütləq əksəriyyətinin razılığı olmadan onun islahatlarını həyata keçirə bilməyəcək”.
“Report”un məlumatına görə, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.
“Amerikalılar çox yaxşı başa düşürlər, ciddi müsahibələrində də etiraf edirlər ki, onların Təhlükəsizlik Şurasının üzvlərinin, ilk növbədə daimi üzvlərin və prinsipcə BMT-nin mütləq əksəriyyətinin razılığı olmadan Təhlükəsizlik Şurasında islahatlar aparmaq rıçaqları yoxdur.
Bu qərar bütün ölkələr tərəfindən ratifikasiya edilməlidir. Bəzi ölkələr bu prosesdən yan keçərsə, bu, təşkilatın parçalanmasına gətirib çıxaracaq”-deyə, o bildirib.