Pavloqrada endirilən zərbə nəticəsində xəsarət alanların sayı 19-a çatıb - YENİLƏNİB

Digər ölkələr
  • 23 iyul, 2026
  • 14:58
Pavloqrada endirilən zərbə nəticəsində xəsarət alanların sayı 19-a çatıb - YENİLƏNİB

Rusiyanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərinə endirdiyi zərbə nəticəsində xəsarət alanların sayı 19-a çatıb.

"Report" xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja teleqram kanalında bildirib.

"Rusların Pavloqrada hücumu nəticəsində 19 nəfər yaralanıb. Xəsarət alanlar arasında 2 yaşlı qız da var. Bütün yaralılar xəstəxanadadır. Lazımi yardım göstərilir", - o yazıb.

Rusiya qoşunları Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərindəki qida sənayesi müəssisəsinə zərbə endirib, nəticədə 3 nəfər ölüb, azı 10 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja məlumat verib.

Onun sözlərinə görə, hücum nəticəsində müəssisənin ərazisində yanğın baş verib:

"Yaralılar xəstəxanaya yerləşdirilib, onlara lazımi tibbi yardım göstərilir".

Dağıntıların miqyası və zərərçəkənlərin sayı barədə məlumatı dəqiqləşdirilir.