Rusiya Prezidenti: “Priqojinin təyyarəsinin qəzaya uğraması ilə bağlı ekspertiza keçirilir”

Digər ölkələr
  • 24 avqust, 2023
  • 16:51
Rusiya Prezidenti: “Priqojinin təyyarəsinin qəzaya uğraması ilə bağlı ekspertiza keçirilir”

Hazırda mütəxəssislər “Vaqner” şirkətinin təsisçisi Yevgeni Priqojinin təyyarəsinin qəzaya uğrayması ilə bağlı ekspertiza aparırlar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.

“Hazırda ekspertizalar aparılır: texniki, genetik ekspertizalar. Bu, bir qədər vaxt aparacaq”, - o deyib.