Rusiya ordusunun Xarkova zərbələri nəticəsində ölənlərin sayı dördə çatıb
Digər ölkələr
- 04 yanvar, 2026
- 11:53
Rusiya qoşunlarının Ukraynanın Xarkov şəhərinə raket zərbəsi nəticəsində ölənlərin sayı dörd nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə şəhər administrasiyasının rəhbəri İqor Terexov bildirib.
Onun sözlərinə görə, yanvarın 2-də şəhər mərkəzinə endirilən raket zərbəsinin yerində artıq ikinci gündür fasiləsiz axtarış-xilasetmə əməliyyatı aparılır. Zərbələrə məruz qalmış binaların dağıntıları altından daha iki nəfərin meyiti tapılıb. Terexovun məlumatına əsasən, hazırda raket zərbəsi nəticəsində xəsarət alanların sayı 31 nəfərə çatıb.
Faciə yerində xilasetmə işləri davam etdirilir.
Polisin məlumatına görə, dağıntılar altında yanvarın 2-dən etibarən əlaqə yaratmaq mümkün olmayan və itkin düşmüş hesab edilən daha üç nəfər qala bilər.
Son xəbərlər
15:50
Foto
İRİA-nın tərəfdaşlığı ilə Azərbaycan-Türkiyə İKT Biznes Forumu baş tutub
İKT15:45
Rusiyada texnikum yaxınlığında atışma nəticəsində bir neçə nəfər xəsarət alıb
Region15:42
Azərbaycan 2025-ci ildə kondensat hasilatını azaldıb
Energetika15:42
Foto
Mədəniyyət Nazirliyinin genişləndirilmiş kollegiya iclası keçirilib
Mədəniyyət siyasəti15:39
"Nyukasl" ingiltərəli azarkeşlərə Azərbaycan mədəniyyətinə diqqətli yanaşmağı tövsiyə edib
Futbol15:33
Xalq artisti: Yazıçı 5 manatından keçib teatra gəlmirsə, mən niyə 5 manat verib onun kitabını almalıyam?
İncəsənət15:32
Ev dustağı olan iş adamı "Güclü Ermənistan" partiyasının lideri seçilib
Region15:31
QAİ Avropa Şurasının komissarını azərbaycanlıların Ermənistana qayıdış hüququna dəstək verməyə çağırıb
Daxili siyasət15:29