Rusiya ordusu Ukrayna ilə Moldova arasında daha bir sərhəd keçid məntəqəsinə zərbə endirib

Digər ölkələr
  • 05 oktyabr, 2026
  • 12:27
Rusiya ordusu Ukrayna ilə Moldova arasında daha bir sərhəd keçid məntəqəsinə zərbə endirib

Rusiya ordusunun dron hücumları zamanı oktyabrın 5-i yerli vaxtla 10:30 radələrində Ukraynanın Moldova ilə daha bir sərhəd keçid məntəqəsinə zərbələr endirilib.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, "Palanka" sərhəd keçid məntəqəsinə endirilən zərbə zamanı Moldova tərəfindən bir sərhəd keçid əməkdaşı yüngül yaralanıb.

Mərminin sərnişin avtobusunun yanında partlaması nəticəsində avtobus da ciddi zərər görüb.