Rusiya ordusu Donetsk vilayətinə zərbə endirib, azı 10 nəfər yaralanıb

Digər ölkələr
  • 20 avqust, 2026
  • 14:48
Rusiya ordusu Donetsk vilayətinə zərbə endirib, azı 10 nəfər yaralanıb

Rusiya Silahlı Qüvvələrinin Slavyansk və Kramatorska endirdiyi zərbələr nəticəsində azı 10 nəfər yaralanıb.

"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Donetsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin bildirib.

Onun sözlərinə görə, zərbələr pilotsuz uçuş aparatları və fuqas aviasiya bombaları vasitəsilə endirilib.

Filaşkin qeyd edib ki, Slavyanskda 3, Kramatorskda isə 7 nəfər yaralanıb.