Rusiyanın Odessa və Sumı vilayətinə hücumu nəticəsində 3 nəfər ölüb, Xarkovda 27 nəfər yaralanıb

Digər ölkələr
  • 07 iyul, 2025
  • 11:54
Rusiyanın Odessa və Sumı vilayətinə hücumu nəticəsində 3 nəfər ölüb, Xarkovda 27 nəfər yaralanıb

Rusiya Silahlı Qüvvələrinin endirdiyi zərbə nəticəsində Odessada 1, Sumı vilayətində 2 nəfər həlak olub.

"Report" yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Xarkovda isə yaralananların sayı 27-yə çatıb. Yaralılar arasında 3 uşaq var.

44 filmi