Rusiya nümayəndə heyəti Türkiyədə Ukrayna ilə danışıqlar aparmağa hazırdır

Digər ölkələr
  • 29 fevral, 2024
  • 09:27
Rusiya nümayəndə heyəti Türkiyədə Ukrayna ilə danışıqlar aparmağa hazırdır

Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqlar üçün Türkiyəyə getməyə hazırdır.

“Report” Rusiya KİV-lərə istinadən xəbər verir ki, bunu 2022-ci ildə İstanbulda keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik etmiş Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski deyib.

“Əgər bu istiqamətdə tapşırıq verilərsə, Türkiyəyə gedərik”, - o vurğulayıb.

Xatırladaq ki, fevralın 28-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Moskva və Kiyevə danışıqlar platforması təklif etdiyini xatırladıb. O qeyd edib ki, hər iki tərəfin danışıqlarda iştirakı Ukraynada sülh təşəbbüslərinin uğurlu olması üçün zəruri şərtdir.