Rusiya MSK sədrinə hücumda şübhəli bilinən şəxs saxlanılıb

Digər ölkələr
  • 07 sentyabr, 2019
  • 14:03
Rusiya MSK sədrinə hücumda şübhəli bilinən şəxs saxlanılıb

Rusiya polisi ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilovaya sentyabrın 6-da evində törədilən hücumla bağlı bir nəfər şübhəli şəxsi saxlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volk 1983-cü il təvəllüdlü, Orta Asiya respublikalarından birindən olan həmin şəxsin tezliklə istintaqa təhvil veriləcəyini qeyd edib.

44 - Tezliklə