Kiyevə hücum nəticəsində xəsarət alanların sayı 29-a çatıb - YENİLƏNİB-3

Digər ölkələr
  • 29 noyabr, 2025
  • 12:57
Kiyevə hücum nəticəsində xəsarət alanların sayı 29-a çatıb - YENİLƏNİB-3

Rusiyanın Kiyevə çoxkombinasiyalı zərbəsi nəticəsində xəsarət alanların sayı kəskin şəkildə artıb.

"Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə paytaxtın meri Vitali Kliçko yazıb.

Onun sözlərinə görə, 19 yaralı şəhərin tibb müəssisələrinin stasionarlarına yerləşdirilib.

Mer həmçinin bildirib ki, hücum nəticəsində iki nəfər həlak olub.

Rusiyanın gecə saatlarında Kiyevə hücumu nəticəsində biri uşaq olmaqla 16 nəfər yaralanıb, iki nəfər həlak olub.

"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, xilasedicilər 8 nəfəri xilas ediblər.

Bundan başqa, şəhərin bir neçə rayonunda yaşayış binaları zədələnib.

Belə ki, Şevçenkovski rayonunda zərbə nəticəsində 14 mərtəbəli binada yanğın baş verib, 1 nəfər xəsarət alıb, yanğın söndürülüb. Solomenski rayonunda 25 və 17 mərtəbəli binalar zədələnib, 2 nəfər xəsarət alıb. Svyatoşinski rayonunda 3 mərtəbəli binaya zərbə nəticəsində 1 nəfər həlak olub, bir uşaq xilas edilib. Fərdi evlərdən birində yanğın baş verib.

Dneprovski rayonunda 10 mərtəbəli bina qismən dağıdılıb, 3 nəfər xilas edilib. Darnitski rayonunda 9 mərtəbəli binanın yaxınlığına raketin düşməsindən sonra yanğın baş verib: 1 nəfər həlak olub, 6 nəfər yaralanıb, həmçinin Ticarət Mərkəzinin yaxınlığındakı avtomobillərə ziyan dəyib.

Bundan başqa, Obolonski rayonunda bir fərdi ev, Qoloseyevski rayonunda isə qarajlar yanıb.

Rusiyanın Kiyevə hücumu zamanı Ukrayna paytaxtının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

"Report" "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə şəhərin meri Vitali Kliçko sosial şəbəkələrdə yazıb.

"Hazırda paytaxtın qərb hissəsi işıqsız qalıb. Energetiklər enerji təchizatının bərpası üzərində işləyəcəklər", - o bildirib.

Bundan başqa, mer yazıb ki, paytaxtın Qoloseyevski, Solomenski və Darnitski rayonlarında qeyri-yaşayış sahələrinə və açıq ərazilərə PUA qalıqlarının düşməsi nəticəsində yanğın baş verib.

O, həmçinin qeyd edib ki, Rusiyanın hücumu nəticəsində Kiyevdə xəsarət alanların sayı 13 nəfərə çatıb.

"Hazırda paytaxtda 13 nəfər xəsarət alıb. Onlardan 6 nəfəri xəstəxanaya yerləşdirilib. Bir nəfər həlak olub", - məlumatda deyilir.

Öz növbəsində, Kiyev Şəhər Hərbi Administrasiyasının mətbuat xidmətinin məlumatına görə, hücum nəticəsində iki nəfər həlak olub. Daha 13 nəfər xəsarət alıb, onlardan biri uşaqdır.

Rusiyanın Ukraynanın Kiyev vilayətinə və paytaxta hücumu nəticəsində bir nəfər həlak olub, ən azı doqquz nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları açıqlamalar verib.

Kiyevin şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib ki, Rusiyanın pilotsuz uçuş aparatlarının Svetoşin rayonuna hücumu nəticəsində bir nəfər ölüb. Kiyev meri Vitali Kliçko isə əlavə edib ki, yeddi nəfər yaralanıb, onlardan dördü xəstəxanaya yerləşdirilib.

Vilayət administrasiyasının rəhbəri Nikolay Kalaşnik isə Brovar rayonunda çoxmərtəbəli və fərdi yaşayış evlərinin zədələndiyini açıqlayıb. Brovarda iki nəfərin yaralandığı bildirilib.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, paytaxt və vilayətlər 29 noyabr gecəsi Rusiya Silahlı Qüvvələrinin dronlar və ballistik raketlərdən istifadə etməklə həyata keçirdiyi kombinə edilmiş hücuma məruz qalıb.

Son xəbərlər

Bütün Xəbər Lenti