Rusiya ilə həmsərhəd olan NATO ölkələri müdafiəyə digərlərindən daha çox vəsait xərcləyir

Digər ölkələr
  • 13 fevral, 2025
  • 15:09
Rusiya ilə həmsərhəd olan NATO ölkələri müdafiəyə digərlərindən daha çox vəsait xərcləyir

Rusiya ilə həmsərhəd olan NATO ölkələri blokun şərq sərhədindən daha uzaqda olan ölkələrlə müqayisədə müdafiəyə daha çox vəsait xərcləyir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu hesablamaları “Agence France-Presse” aparıb.

Agentliyin məlumatına görə, Moskvadan 1000 km məsafədə yerləşən ölkələr müdafiəyə orta hesabla 0,6 faiz bəndi daha çox vəsait xərcləyir. Xərclər reytinqinə 2024-cü ildə ÜDM-in 4,12 %-ni xərcləyən Polşa başçılıq edir. Rusiya ilə həmsərhəd olan digər ölkələr: Estoniya (3,43 %), Latviya (3,15 %), Litva (2,85 %) və Finlandiya (2,41 %) növbəti pillələrdə qərarlaşıb.

Paytaxtı Moskvadan təxminən 3,5 min km məsafədə yerləşdiyi İspaniya müdafiəyə ÜDM-in cəmi 1,28 %-ni yönəldib.

Agentlik yazır ki, NATO ölkələri 2024-cü ildə müdafiəyə ümumilikdə 1,474 trilyon dollar ayırıb ki, bunun da təxminən üçdə bir hissəsi Avropa ölkələrinin payına düşür, ABŞ isə 968 milyard dollar yönəldib. 2014-cü ildən etibarən NATO-nun büdcəsi 30 % artıb.

44 - Tezliklə