Rusiya, İran və Türkiyənin XİN başçıları Antalyada bütün məsələlər üzrə razılığa gəliblər

Digər ölkələr
  • 19 noyabr, 2017
  • 10:43
Rusiya, İran və Türkiyənin XİN başçıları Antalyada bütün məsələlər üzrə razılığa gəliblər

Bakı. 19 noyabr. REPORT.AZ/ Rusiya, İran və Türkiyənin xarici işlər nazirləri Antalyada bütün məsələlərlə bağlı razılıq əldə ediblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın XİN rəbəri Sergey Lavrov deyib.

Lavrov bildirib ki, sözügedən üç ölkənin baş qərargah rəisləri noyabrın 22-də Soçidə keçiriləcək sammit öncəsi görüşərək Suriyada deeskalasiya zonalarının işinin detallarını müzakirə edəcəklər.

"Rusiya, Türkiyə və İranın baş qərargah rəisləri də noyabrın 22-də Soçidə keçiriləcək sammitə hərbi xətt üzrə hazırlıq qismində öz görüşlərini keçirəcəklər", - deyə o əlavə edib.

44 filmi