Rusiya bombardmançı təyyarələri Suriyada İŞİD-in mövqelərinə zərbə endirib - VİDEO

Digər ölkələr
  • 18 noyabr, 2017
  • 15:59
Rusiya bombardmançı təyyarələri Suriyada İŞİD-in mövqelərinə zərbə endirib - VİDEO

Bakı. 18 noyabr. REPORT.AZ/ Rusiya Hava-Kosmik Qüvvələrinin "Tu-22M3" tipli 6 bombardmançı təyyarəsi Suriyanın Əbu-Kamal şəhərində İŞİD terror təşkilatının mövqelərinə zərbə endirib.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Nəticədə terrorçuların xeyli canlı qüvvəsi, texnika və döyüş sursatı məhv edilib.