Moskva ABŞ-ı Suriya ordusuna təxribat xarakterli zərbələr endirməməyə çağırıb

Digər ölkələr
  • 27 iyun, 2017
  • 02:56
Moskva ABŞ-ı Suriya ordusuna təxribat xarakterli zərbələr endirməməyə çağırıb
Courtesy İmage

Bakı. 27 iyun. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı həmkarı Reks Tillersonla telefon söhbəti zamanı ABŞ-ı Suriya qoşunlarına zərbələrə yol verməməyə çağırb.

"Report" xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi saytında dərc olunan məlumatda bildirilir.

Rusiyalı nazirin sözlərinə görə, Birləşmiş Ştatlar Suriya qoşunlarına təxribat xarakterli zərbələrin endirilməsinə yol verməmək üçün tədbirlər görməlidir.