Rumıniyada partlayışlar nəticəsində yaralananların sayı 58-ə çatıb
- 27 avqust, 2023
- 06:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Rumıniyanın Krevediya şəhərində yanacaqdoldurma məntəqəsində baş verən partlayışlar nəticəsində yaralananların sayı 58-ə yüksəlib.
“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə Baş Müfəttişliyi feysbukda açıqlama yayıb.
“Dımbovitsa judetsinin (Rumıniyada birinci dərəcəli inzibati ərazi vahidi – red.) Krevediya şəhərində mayeləşdirilmiş yanacaqdoldurma məntəqəsində bir neçə partlayış baş verib, nəticədə 58 nəfər xəsarət alıb, onlardan biri (infarktdan, yanıqsız olub) ölüb”, - müfəttişliyi diqqətə çatdırılıb.
Daxili İşlər Nazirliyinin 43 əməkdaşı xəsarət alıb, onlardan 39-u yanğınsöndürən, ikisi polis, daha ikisi isə jandarm əməkdaşıdır.
54 nəfər tibb müəssisələrinin müxtəlif şöbələrinə yerləşdirilib, onlardan 10-u intubasiya olunub.
Xatırladaq ki, daha öncə Rumıniya Səhiyyə Nazirliyi olayda bir nəfərin öldüyünü, 46 nəfərin xəsarət aldığını açıqlamışdı.
00:39
Rumıniyanın Dımbovita qraflığının Krevedia kəndində yanacaqdoldurma məntəqəsində ardıcıl iki partlayış nəticəsində azı bir nəfər ölüb, 30-dan çox insan yaralanıb.
"Report" xəbər verir ki, bu barədə Rumıniya Radiosu məlumat yayıb.
Səhiyyə naziri Aleksandru Rafilin sözlərinə görə, 7 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Daxili İşlər Nazirliyinin fövqəladə hallar departamentinin rəhbəri Raed Ərafat bildirib ki, təxminən iki saat sonra ikinci partlayış baş verib və nəticədə 26 yanğınsöndürən yaralanıb. O əlavə edib ki, yeni partlayışlar təhlükəsi qalmaqdadır.
Hakimiyyət orqanları təxminən 300 m radiusda əhalini təxliyə edib və Buxarest istiqamətində güclü tüstünün yayıldığı barədə xəbərdarlıq edib.
Hadisə baş verən ərazidə nəqliyyatın hərəkəti dayandırılıb.