Rumıniyada koronavirusa yoluxanların sayı 7 200-ü ötdü
- 15 aprel, 2020
- 14:20
Rumıniyada son sutkada daha 337 nəfər koronavirusa yoluxub.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı ölkənin Nazirlər Kabineti yanında koronavirusla bağlı şərait üzrə Strateji Əlaqə Qrupu yayıb.
Bildirilib ki, son sutkada pandemiyadan daha 30 nəfər ölüb.
Rumıniyada yoluxanların sayı 7 216, qurbanların sayı isə 362 nəfərə çatıb.
Ölkə prezidenti Klaus Yoxannis martın 16-dan ölkədə fövqəladə vəziyyət elan edib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 024 000-i ötüb. Bunların 492 468 nəfəri sağalıb, 128 965 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.