Rumıniya Prezidenti Kopenhagendə Paşinyanla danışıqlar aparacaq

Digər ölkələr
  • 02 oktyabr, 2025
  • 11:32
Rumıniya Prezidenti Kopenhagendə Paşinyanla danışıqlar aparacaq

Rumıniya Prezidenti Nikuşor Dan və Ermənistanın Baş naziri Nikol Paşinyan Kopenhagendə Avropa Siyasi Birliyinin sammiti çərçivəsində ikitərəfli görüş keçirəcəklər.

"Report"un Avropa bürosunun məlumatına görə, sammitdən əvvəl jurnalistlərlə söhbətində Dan bildirib ki, bu gün həmçinin İsveç və Belçikanın hökumət başçıları ilə danışıqlar planlaşdırılıb.

O, liderlərlə ikitərəfli danışıqların gündəliyini açıqlamayıb.

N.Danın sözlərinə görə, sammitin iclasları zamanı "dron divarı"nın yaradılması təşəbbüsünə xüsusi diqqət yetiriləcək.

Prezident qeyd edib ki, hələlik söhbət razılaşdırılmalı olan fəaliyyət planının layihəsindən gedir, bundan sonra onun həyata keçirilməsinə cavabdeh olan lider ölkələr müəyyən ediləcək.

N.Dan vurğulayıb ki, söhbət artıq təkcə Rusiya ilə qonşuluqdan deyil, "Avropa ölkələrinin üzləşdiyi birbaşa təhdiddən" gedir.

Son xəbərlər

Bütün Xəbər Lenti