Rumıniya 18 ədəd "F-16"nı 1 avroya alıb
- 03 noyabr, 2025
 - 21:30
 
                            
                            
                        Rumıniya Müdafiə Nazirliyi Niderland hökuməti ilə 18 ədəd F-16 Fighting Falcon döyüş təyyarəsinin lazımi avadanlıqla birlikdə alınmasına dair müqavilə imzalayıb.
"Report"un məlumatına görə, bu barədə Rumıniyanın müdafiə naziri İonuş Musteanu sosial şəbəkədəki səhifəsində məlumat verib.
O bildirib ki, bu təyyarələr yalnız Feteştidəki Avropa F-16 Təlim Mərkəzində istifadə olunacaq.
Onun sözlərinə görə, alış 1 avroluq simvolik qiymətə həyata keçirilib. Nazir həmçinin qeyd edib ki, F-16-ların alınması F-35 təyyarələrinin Rumıniya Hərbi Hava Qüvvələrinin donanmasına inteqrasiyasını sürətləndirir.
Mətbuat yazır ki, Rumıniya ukraynalı pilotların Qərb istehsalı olan F-16 təyyarələrində Feteşti aviabazasında təlim xərclərini dövlət büdcəsindən qarşılayacaq. Təlimin maliyyələşdirilməsi ölkənin Milli Müdafiə Nazirliyi vasitəsilə təmin ediləcək.