Rubio: Ukraynadakı müharibə yeni eskalasiya mərhələsinə keçib

Digər ölkələr
  • 24 sentyabr, 2025
  • 03:23
Rubio: Ukraynadakı müharibə yeni eskalasiya mərhələsinə keçib

Ukraynadakı müharibə yeni mərhələyə keçib, bu da daha böyük eskalasiyaya gətirib çıxarır.

"Report"un məlumatına görə, bunu ABŞ Dövlət katibi Marko Rubio BMT Təhlükəsizlik Şurasının Ukraynadakı vəziyyətlə bağlı iclasında bildirib.

O qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp bu kontekstdə səbir nümayiş etdirir, lakin bu səbir sonsuz deyil.

"Prezident çox səbirli insandır. O, sülhə çox sadiqdir, lakin onun səbri sonsuz deyil. O, irəliləyiş ümidi ilə əlavə sanksiyalar tətbiq etməyərək müstəsna səbir nümayiş etdirib... (Tramp - red.) Dəfələrlə bəyan etdiyi kimi, bu müharibəyə son qoymaq üçün lazım olarsa, Rusiya Federasiyasına əlavə iqtisadi sanskiyalar tətbiq imkanı və variantları var", - deyə Rubio vurğulayıb.

Dövlət Departamentinin rəhbəri qeyd edib ki, Trampın "müəyyən şərtlər altında müdafiə silahları və potensial hücum vasitələri satmaq" variantı var.

Bununla yanaşı, Rubionun qeyd etdiyi kimi, Vaşinqton administrasiyası müharibəni bitirmək üçün mümkün olan hər şeyi etməyə davam edəcək.

"Bu müharibə bitməlidir. Biz onu bitirmək üçün mümkün olan hər şeyi etmişik və edəcəyik", - deyə o bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti