Rubio: Ruandanın Konqodakı fəaliyyəti sülh sazişinin pozulmasıdır
- 13 dekabr, 2025
- 19:32
Ruanda qonşu Konqo Demokratik Respublikasına (KDR) qarşı etdikləri ABŞ Prezidenti Donald Trampın iştirakı ilə iki Afrika dövlətinin liderləri tərəfindən Vaşinqtonda imzalanmış sülh sazişini pozur.
"Report" xəbər verir ki, bu məlumatı ABŞ dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsində paylaşıb.
"Konqo Demokratik Respublikasının şərq hissəsində Ruandanın atdığı addımlar Prezident Trampın Vaşinqtonda imzaladığı müqavilənin açıq şəkildə pozulmasıdır və ABŞ Prezidentə verilən vədlərin yerinə yetirilməsini təmin etmək üçün tədbirlər görəcək", - Rubio bildirib.
Konqo daha əvvəl bəyan edib ki, Ruandanın dəstəyi ilə "23 mart Hərəkatı" (M23) qruplaşmasının üsyançıları tərəfindən ölkənin şərqindəki Uvira şəhərinin zəbt olunması Vaşinqtonda imzalanmış sülh sazişindən imtinadır. Konqo səlahiyyətliləri razılaşmalara riayət etməyə sadiq olduqlarını, lakin heç vaxt ölkənin təhlükəsizliyinə, əhalisinin qorunmasına və ərazi bütövlüyünə dair qanuni hüquqlarından imtina etməyəcəklərini vurğulayıblar.
Xatırladaq ki, KDR Prezidenti Feliks Çisekedi və Ruanda lideri Pol Kaqame dekabrın 4-də ABŞ-nin paytaxtı Vaşinqtonda sülh müqaviləsi imzalayıblar.