Rubio ilə Qrossi Ukrayna və İrandakı vəziyyəti müzakirə ediblər

Digər ölkələr
  • 28 avqust, 2025
  • 05:49
Rubio ilə Qrossi Ukrayna və İrandakı vəziyyəti müzakirə ediblər

ABŞ dövlət katibi Marko Rubio və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin baş direktoru Rafael Qrossi Ukrayna və İrandakı vəziyyəti müzakirə ediblər.

"Report"un məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Rubio və Qrossi AEBA-nın  Rəhbərlər Şurasının sentyabrın 8-12-də Vyanada keçirilməsi planlaşdırılan növbəti iclasından əvvəl çərşənbə günü görüşüblər.

Tərəflər qlobal nüvə təhlükəsizliyi məsələlərini, o cümlədən Ukraynanın nüvə obyektlərində, eləcə də "AEBA"nın İran da daxil olmaqla, monitorinq və yoxlamalar aparmaq səylərini müzakirə ediblər.

44 - Tezliklə