Rubio FIFA ətrafındakı qalmaqalı NATO sammiti ilə əlaqələndirib

Digər ölkələr
  • 07 iyul, 2026
  • 01:51
Rubio FIFA ətrafındakı qalmaqalı NATO sammiti ilə əlaqələndirib

ABŞ dövlət katibi Marko Rubio FIFA-nın ABŞ yığmasının hücumçusu Folarin Baloqanla bağlı qərarı ətrafındakı vəziyyətə NATO-nun Ankaradakı sammitində toxunulacağını istisna etməyib.

"Report" xəbər verir ki, bu barədə Rubio Vaşinqtonda jurnalistlərə bildirib.

"Bəlkə də, onlar beynəlxalq insident yaratmağa cəhd edəcəklər. Bilmirəm. Bəlkə də, sabah NATO sammitində buna toxunacaqlar", - o bildirib.

Dövlət katibi həmçinin Baloqanın diskvalifikasiyası ilə bağlı ilkin qərarı səhv adlandıraraq, onun sonradan ləğv edilməsi ətrafında "dram yaradıldığını" qeyd edib.

Xatırladaq ki, daha əvvəl KİV FİFA-nın İntizam Komitəsinin futbolçunun diskvalifikasiyasını dayandırdığını və ona dünya çempionatının 1/8 finalında Belçika yığmasına qarşı matçda oynamağa icazə verdiyini bildirib. Mətbuatın məlumatına görə, bundan öncə ABŞ Prezidenti Donald Trampın FIFA prezidenti Canni İnfantino ilə telefon danışığı olub. Sonradan Tramp zəng faktını təsdiqləyib.

UEFA FIFA-nın qərarını tənqid edib, Belçika Kral Futbol Assosiasiyası isə Baloqanın matçda iştirak etmək hüququna etiraz etmək niyyətində olduğunu açıqlayıb.