Rubio dekabrın sonuna qədər Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə razılaşmaya ümid edir
- 19 dekabr, 2025
- 22:28
ABŞ Dövlət katibi Marko Rubio bəyan edib ki, dekabr ayının sonuna qədər Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə razılaşmanın əldə olunmasına ümid edir, lakin o, daha uzun sürən danışıqlar prosesini də istisna etmir.
"Report" xəbər verir ki, Rubio bu barədə Dövlət Departamentində jurnalistlərlə söhbəti zamanı bildirib.
"Bəlkə də, bu, mümkün deyil, amma ümid edirəm ki, biz bunu bu ay, ilin sonuna qədər edə bilərik", - Rubio deyib və razılaşmanın həm yaxın günlərdə, həm də növbəti aylarda əldə oluna biləcəyini əlavə edib.
Onun sözlərinə görə, qərar yalnız münaqişə tərəflərindən asılıdır.
"Bunu biz həll etmirik, bunu münaqişənin hər iki tərəfi həll edir", - ABŞ Dövlət kaitibi vurğulayıb.
Rubio həmçinin bildirib ki, Vaşinqton Moskva və Kiyevə həll şərtlərini təlqin etmək niyyətində deyil, sadəcə qarşılıqlı qəbul edilə bilən həllin tapılmasına kömək edir. "Bəlkə, uğur əldə edəcəyik, bəlkə də, yox", - o fikrini yekunlaşdırıb.