Rubio: ABŞ Macarıstana Rusiyaya qarşı sanksiyalardan bir illik möhlət verib

Digər ölkələr
  • 13 noyabr, 2025
  • 03:05
Rubio: ABŞ Macarıstana Rusiyaya qarşı sanksiyalardan bir illik möhlət verib

ABŞ Macarıstana Rusiyadan neft və qaz alışını qadağan edən sanksiyalardan bir il müddətinə möhlət verib.

"Report" xəbər verir ki, bu barədə G7 sammitindən sonra Kanadada jurnalistlərə ABŞ Dövlət katibi Marko Rubio məlumat verib.

Onun sözlərinə görə, Rusiyanın enerji resurslarından kəskin imtina Macarıstan iqtisadiyyatı üçün "son dərəcə travmatik" ola bilərdi.

"O ki qaldı boru kəmərləri və neft-qaz tədarükünə, söhbət bir illik möhlətdən gedir... Bu enerji resurslarına çıxışın itirilməsi Macarıstan üçün son dərəcə sabitliyi poza bilərdi", – deyə Rubio bildirib.

Dövlət katibi həmçinin Ukraynanın enerji sistemini qorumaq üçün silah tədarükü ilə bağlı Kiyevlə aparılan danışıqlardan da danışıb.

"Lakin nəticə etibarilə bu avadanlıq quraşdırıldıqdan bir həftə sonra məhv edilərsə, bu, problem olaraq qalacaq. Son iki-üç ildə də belə olub", – deyə o əlavə edib.

Rubio həmçinin qeyd edib ki, Rusiya hazırda Ukraynadakı müharibənin sülh yolu ilə həllinə hazır deyil və ABŞ ilə Rusiya prezidentlərinin mümkün görüşü konkret nəticələrə gətirib çıxarmalıdır.

Son xəbərlər

Bütün Xəbər Lenti