​Romada Kolizeyin qarşısında metal axtarıcıları quraşdırılacaq

Digər ölkələr
  • 20 noyabr, 2015
  • 18:09
​Romada Kolizeyin qarşısında metal axtarıcıları quraşdırılacaq

Bakı. 20 noyabr. REPORT.AZ/ İtaliyanın paytaxtı Romada Kolizeyin qarşısında metal axtarıcıları quraşdırılacaq.

"Report" xəbər verir ki, bu barədə TASS-a muzeyin mətbuat xidmətindən məlumat verilib.

Hakimiyyət bu qərarı Parisdəki terror aktlarından sonra qəbul edib.