Romada etirazçılarla polis arasında toqquşma baş verib
Digər ölkələr
- 21 fevral, 2017
- 22:57
Bakı. 22 fevral. REPORT.AZ/ İtaliyanın paytaxtı Roma şəhərində etirazçılarla polis arasında baş verən toqquşmalar zamanı 4 nəfər saxlanılıb, 4 asayiş keşikçisi xəsarət alıb.
"Report" "Askanews"a istinadən xəbər verir ki, etiraz aksiyasında küçə köşkləri, bazar və qida furqonlarının işinə icazə üçün tender tətbiq edən Avropa hakimiyyətinin direktivinə qarşı çıxan küçə alverçiləri, həmçinin çoxlu sayda taksi sürücüləri iştirak ediblər.
Sürücülər daşınmalar sektorunda qanunvericiliyə düzəlişlərə etirazlarını bildirərək 6 gün ardarda işə çıxmaqdan imtina ediblər.
Onların fikricə bu, telefon və ya planşet proqramları vasitəsi ilə taksi xidməti təklif edən beynəlxalq şirkətlərin işini yüngülləşdirəcək.
Nümayişdə minə yaxın adam iştirak edib.
Son xəbərlər
03:34
İRNA: İranın Qeşm adası yaxınlığında partlayış səsi eşidilib
Region03:21
"Xatəm əl-Ənbiya": Trampın İran əleyhinə bəyanatları daxili təbliğat vasitəsidir
Region02:54
Zelenski: Ukrayna enerji sahəsində istənilən formatda atəşkəsə hazırdır
Digər ölkələr02:29
Makron Rusiya və Ukraynanı bir sıra hədəflərə hücumları dayandırmağa çağırıb
Digər ölkələr02:04
Kobaxidze: Cənubi Qafqazda regional əməkdaşlıq üçün geniş imkanlar yaranıb
Region01:28
Azərbaycan qazının Bolqarıstana tədarükünün genişləndirilməsi müzakirə olunub
Xarici siyasət01:26
Azərbaycan-Pakistan strateji tərəfdaşlıq əlaqələri nəzərdən keçirilib
Xarici siyasət01:23
Azərbaycan və Ukrayna rəsmiləri ikitərəfli gündəliyi müzakirə ediblər
Xarici siyasət01:21