Roma Papasının Türkiyəyə rəsmi səfəri başlayıb
Digər ölkələr
- 28 noyabr, 2014
- 13:08
Bakı. 28 noyabr. REPORT.AZ/ Roma Papası I Fransiskin Türkiyəyə üçgünlük səfəri başlayıb. "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, pontifikin şərəfinə Esenboğa Beynəlxalq Hava Limanında fəxri qaravul dəstəsi düzülüb.
Roma Papası ilk növbədə Ankarada Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün qəbrini ziyarət edəcək, daha sonra yeni Prezident Sarayına gedərək, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Nazirlər Kabinetinin üzvləri ilə görüşəcək.
Sabah səhər Papa I Fransiskin İstanbulda Konstantinopol patriarxı I Varfolomey ilə də görüşü nəzərdə tutulub.
Qeyd edək ki, Roma Papasının gəlişi ilə əlaqədar Türkiyədə yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülüb.
Son xəbərlər
13:00
Entso Fernandes "Mançester Siti" ilə şəxsi müqavilə barədə razılığa gəlib
Futbol13:00
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 13 % artıb
Maliyyə12:56
Zimbabvedə avtobusla yük maşını toqquşub, 25 nəfər ölüb
Digər ölkələr12:43
Bakının Qobustan qəsəbəsində yeni körpünün tikintisinə dair son vəziyyət açıqlanıb
İnfrastruktur12:38
Azərbaycan banklarında əhalinin əmanətləri il ərzində 16 %-ə yaxın artıb
Maliyyə12:29
Sabah Bakıya və rayonlara yağış yağacaq
Ekologiya12:13
Azərbaycanda manatla geniş pul kütləsi 20 %-ə yaxın artıb
Maliyyə12:12
Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb
Region12:11