Riqanın sabiq meri Nil Uşakov Avropa Parlamentinə seçilib

Digər ölkələr
  • 27 may, 2019
  • 04:44
Riqanın sabiq meri Nil Uşakov Avropa Parlamentinə seçilib

Riqanın meri vəzifəsindən kənarlaşdırılan və "Razılıq" partiyasının siyahısına rəhbərlik edən Nil Uşakov Avropa Parlamentinə deputat seçilib.

"Report" "Delfi"yə istinadən xəbər verir ki, "Razılıq" partiyası parlamentdə iki mandat qazanıb.

Onlardan ikincisi Riqanın sabiq mer müavini Andris Ameriksinin payına düşüb.

Latviyada Avropa Parlametinə seçkilər mayın 25-də keçirilib.