"Reuters": Çin və Malayziya nadir torpaq elementlərinin emalı üzrə layihə ilə bağlı danışıqlar aparır

Digər ölkələr
  • 02 oktyabr, 2025
  • 04:27
Reuters: Çin və Malayziya nadir torpaq elementlərinin emalı üzrə layihə ilə bağlı danışıqlar aparır

Çin və Malayziya nadir torpaq elementlərinin emalı üzrə birgə layihə ilə bağlı ilkin danışıqlar aparır.

"Report"un "Reuters"a istinadən məlumatına görə, Malayziyanın suveren sərvət fondu olan "Khazanah Nasional" bu layihədə Çin dövlət şirkəti ilə tərəfdaşlıq edə bilər.

"Əgər bu birgə müəssisə reallaşarsa, bu, nadir torpaqların əsas təchizatçısı və emalçısı olan Çin üçün ciddi siyasət dəyişikliyi demək olacaq. Çin bu sahədəki üstünlüyünü qorumaq üçün emal texnologiyasının ixracını qadağan etmişdi", - "Reuters" mənbələrinə istinadən yazıb.

Qeyd olunub ki, rəsmi Pekin texnologiyasını Malayziyanın hələ istismar olunmamış nadir torpaq ehtiyatlarına çıxışla dəyişməyə hazırdır. Bu addımın Malayziyanın Pahanq ştatında emal zavodu olan Avstraliyanın "Lynas Rare Earths" şirkəti ilə rəqabəti azaltmaq məqsədi daşıdığı vurğulanıb.

Mənbələr layihənin bir sıra maneələrlə üzləşə biləcəyii bildiriblər. Belə ki, Çin tərəfi Malayziyanın zavod üçün kifayət qədər xammal təmin edə biləcəyindən narahatdır. Malayziya tərəfi isə ətraf mühitə təsir və tənzimləyici maneələrdən narahatlığını gizlətməyib.

Nəşr Malayziya və Çin rəsmilərindən məslə ilə bağlı şərh əldə edə bilməyib.

Bildirilib ki, uğurlu razılaşma Malayziyanı Çinin nadir torpaq emal texnologiyasına malik azsaylı ölkələrdən birinə çevirə bilər.

Son xəbərlər

Bütün Xəbər Lenti