"Reuters": ABŞ MOL və NIS şirkətləri arasındakı sazişin müddətini iyunun 16-dək uzadıb
- 07 iyun, 2026
- 05:15
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Macarıstanın MOL neft-qaz şirkəti tərəfindən Serbiyanın NIS neft şirkətinin Rusiya səhmlərinin alınması üzrə danışıqların müddətini iyunun 16-dək uzadıb.
"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
"MOL şirkəti danışıqların iyunun 16-dək davam etdirilməsi üçün OFAC-dan icazə alıb", - nəşr bildirib.
Qeyd olunub ki, Serbiya ilə Macarıstan şirkəti arasında razılaşma əldə etmək imkanı var, lakin bu, MOL ilə Rusiya tərəfi arasındakı bütün danışıqların başa çatdırılmasını tələb edəcək.
MOL-in mətbuat xidməti yanvarın 19-da NIS-nin 56,15 % payının alınmasına dair ilkin məcburi sazişin imzalandığını bildirib. Əqd başa çatdıqdan sonra MOL Serbiyadakı yeganə neft emalı zavodunu idarə edən şirkətdə əhəmiyyətli nəzarət hüquqları və səhmdar vəzifələri əldə edəcək.