Referendumun nəticələrinə görə Şotlandiya Birləşmiş Krallığın tərkibində qalır

Digər ölkələr
  • 19 sentyabr, 2014
  • 10:16
Referendumun nəticələrinə görə Şotlandiya Birləşmiş Krallığın tərkibində qalır

Bakı. 19 sentyabr. REPORT.AZ/ Şotlandiyada seçki dairələrində bülletenlərin hesablanma prosesi başa çatıb. "Report" "Euronews"a istinadən xəbər verir ki, rəsmi məlumatlara görə, şotlandiyaların əksəriyyəti - 55,3%-i  Böyük Britaniyanın birliyinin saxlanmasına səs verib. Şotlandiyanın müstəqilliyinin lehinə seçki dairələrinə gələn vətəndaşların 44,7%i səs verib.  

Referendumda seçicilərin 84,5%-i iştirak edib.