İkili vətəndaşlığı olan 100-dən çox şəxs Qəzzadan Misirə keçib - YENİLƏNİB
- 01 noyabr, 2023
- 13:17
Yeniliklərdən dərhal xəbərdar olun!
İkili vətəndaşlığı olan 100-dən çox insan Sinay yarımadasının şimalında yerləşən “Rəfah” keçid məntəqəsi vasitəsilə Qəzza zolağından Misir ərazisinə keçib.
“Report” xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Bildirilib ki, 110 nəfər Qəzza zolağından Misirə çatıb.
Amma Fələstin anklavından Misirə köçən şəxslərin hansı ölkələrin vətəndaşları olması barədə məlumat verilməyib.
12:30
Misir Qəzza zolağı ilə sərhəddə yerləşən “Rəfah” keçid məntəqəsinin terminalının açıldığını elan edib və oradan xarici ölkələrin vətəndaşları keçməyə başlayıb.
“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, 90-a yaxın yaralı fələstinli və 450-yə yaxın digər ölkələrin vətəndaşlarının keçid məntəqəsindən buraxılmasına başlanılıb.