Qvido Krozetto: İranla müharibə ABŞ-nin dünya liderliyini təhdid edir

Digər ölkələr
  • 07 aprel, 2026
  • 13:06
Qvido Krozetto: İranla müharibə ABŞ-nin dünya liderliyini təhdid edir

İranla müharibə Birləşmiş Ştatların dünya liderliyini təhlükə altına qoyur.

"Report"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İtaliyanın müdafiə naziri Qvido Krozetto "Corriere della Sera" qəzetinə müsahibəsində bildirib.

"Bu müharibə Birləşmiş Ştatların dünya liderliyini də təhlükə altına qoyur. Bir düşünün: məhz bizim kimi insanlar hətta Xirosima və Naqasakini münaqişəyə son qoymaq üçün məqbul vasitə hesab ediblər. Təəssüf ki, biz hələ də nüvə silahına sahibik, bu silaha malik olmayanlar isə əldə etməyə çalışırlar. Biz heç bir dərs almamışıq".

Müdafiə naziri vurğulayıb ki, risk münaqişədə hər bir addımın daha yüksək səviyyədə reaksiya doğurduğu "dəlilik"lə bağlıdır.

ABŞ Prezidenti Donald Trampın Avropanın Yaxın Şərqdəki müharibəyə münasibətini tənqid etməsinə cavab olaraq, Krozetto qeyd edib ki, İtaliya ötən həftə meydana çıxmış hallar istisna olmaqla, heç bir şəraitdə ABŞ-nin onun bazalarından istifadə etməsinə icazə verməyib.