​Qvatemalada sürüşmə zamanı dağıntılar altında qalan şəxslərin axtarışı dayandırılıb

Digər ölkələr
  • 13 oktyabr, 2015
  • 20:36
​Qvatemalada sürüşmə zamanı dağıntılar altında qalan şəxslərin axtarışı dayandırılıb

Bakı. 14 oktyabr. REPORT.AZ/ Qvatemalada xilasedicilər Santa-Katarina-Pinula bələdiyyəsində baş verən sürüşmə zamanı zərərçəkənlərin axtarışını dayandırıblar.

"Report" TASS-a istinadən xəbər verir ki, bu günə qədər aparılan axtarışlar zamanı 280 təbii fəlakət qurbanının meyiti tapılıb, təqribən 70 nəfərin taleyi isə naməlum qalıb.

Təbii fəlakətlərin nəticələri ilə mübarizə üzrə milli əlaqələndirmə mərkəzinin rəhbəri Alexandro Maldonadonun sözlərinə görə, indi hakimiyyət fəlakətin ziyan vurduğu yerdə bərpa işləri ilə məşğul olacaq.

Təbii fəlakət nəticəsində 125 ev sökülüb, 90 ev ziyan görüb.