Quterreş Qəzzada həyata keçirilən əməliyyatı şəhərin sistemli məhvi adlandırıb

Digər ölkələr
  • 16 sentyabr, 2025
  • 21:27
Quterreş Qəzzada həyata keçirilən əməliyyatı şəhərin sistemli məhvi adlandırıb

BMT Baş katibi Antoniu Quterreş İsrailin Qəzza şəhərinə genişmiqyaslı qurudan hücumu şəhərin sistematik şəkildə məhv edilməsi adlandırıb.

"Report" xəbər verir ki, bunu o, BMT Baş Assambleyasının 80-ci sessiyası ərəfəsində keçirilən mətbuat konfransında deyib.

"Bu gün Qəzzada baş verənlər dəhşətlidir. Biz Qəzza şəhərinin sistematik şəkildə dağıdılmasını görürük. Baş katib olduğum vaxtdan bəri heç bir münaqişədə görünməmiş bir şəkildə mülki əhalinin kütləvi şəkildə öldürülməsini görürük", - Quterreş bildirib.

Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu ordunun Qəzza şəhərinə genişmiqyaslı qurudan hücuma keçdiyini təsdiqləyib. Onun bəyan etdiyi məqsəd şəhər üzərində tam nəzarəti bərqərar etmək və HƏMAS hərəkatının qalan silahlı birləşmələrini məğlub etməkdir.

Son xəbərlər

Bütün Xəbər Lenti