Quterreş Qəzzada BMT-nin sülhməramlıları barədə danışmağı vaxtından qabaq hesab edir

Digər ölkələr
  • 08 noyabr, 2023
  • 16:56
Quterreş Qəzzada BMT-nin sülhməramlıları barədə danışmağı vaxtından qabaq hesab edir
Antonio Quterreş

BMT-nin sülhməramlı qüvvələrinin Qəzza zolağına yeridilməsi imkanlarını müzakirə etmək hələ tezdir.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibi Antoniu Quterreş konfrans zamanı deyib.

Quterreş İsrail hakimiyyəti ilə Qəzzaya sülhməramlıların göndərilməsinin mümkünlüyünü müzakirə edib-etməməsi ilə bağlı sualı cavablandırıb: “Bu, müzakirə olunmayıb”.

Onun sözlərinə görə, bu cür danışıqların aparılması “vaxtından qabaqdır”.

Xatırladaq ki, İsrail ərazisinə raket hücumları oktyabrın 7-də səhər tezdən Qəzza zolağından başlayıb. İsrail ordusu cavab olaraq “müharibə hazırlığı” elan edib. Oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin “müharibə vəziyyətinə” girdiyini bəyan edib. Əməliyyat “Dəmir qılınclar” adlandırılıb.

44 - Tezliklə