Qrenlandiyanın buz təbəqəsi sürətlə əriyir
Digər ölkələr
- 02 avqust, 2021
- 00:48
Qrenlandiyada havanın temperaturunun artması səbəbindən buz təbəqəsi sürətlə əriyir.
"Report"un məlumatına görə, bu barədə “Deutsche Welle” xəbər verib.
Məlumata görə, iyulun 28-dən bəri hər gün təxminən səkkiz milyard ton buz əriyib - bu, yay mövsümündə gözləniləndən iki dəfə çoxdur.
Ötən çərşənbə günü – iyulun 28-də havanın rekord – 19,8 temperaturu qeydə alınıb. Ümumilikdə 2021-ci ilin yazında ada 100 milyard tondan çox buz itirib.
Qeyd edilir ki, əgər Qrenlandiyanın buz örtüyü tamamilə ərisə, dənizin səviyyəsi azı 6 metr artacaq. Nəticədə dünyanın sahilyanı şəhərləri su altında qalacaq, hərçənd onlar daim bu təhlükə ilə üz-üzədir.
Son xəbərlər
15:09
Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib
Sağlamlıq15:08
Şəmkirdə 2013-cü ildə törədilmiş qətl hadisəsi ilə bağlı şübhəli şəxs saxlanılıb
Hadisə15:07
"Barselona" hücumçu Roberto Fernandeslə maraqlanır
Futbol15:03
Autizmlə bağlı yeni dövlət proqramının yaradılması təklif edilib
Sağlamlıq14:57
Foto
Video
Kəmaləddin Heydərov könüllülərin sertifikatlarla təltifetmə mərasimində iştirak edib
Daxili siyasət14:52
Azərbaycan atleti Anna Yusupova dünya çempionatında iştirak məqsədilə Danimarkaya yollanıb
Fərdi14:50
Azərbaycan Prezidenti Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub
Daxili siyasət14:45
Esmira Cəfərova etimadnaməsinin surətini Macarıstan XİN-ə təqdim edib
Xarici siyasət14:40