Qrenlandiya sahillərində 6 maqnitudaya yaxın zəlzələ olub

Digər ölkələr
  • 11 sentyabr, 2017
  • 03:50
Qrenlandiya sahillərində 6 maqnitudaya yaxın zəlzələ olub

Bakı. 11 sentyabr. REPORT.AZ/ Atlantik okeanının Qrenlandiyanın cənub sahilinə yaxın hövzəsində 5,6 maqnituda zəlzələ baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, yeraltı təkanlar Bakı vaxtı ilə 01:40-da qeydə alınıb.

Zəlzələnin episentri Kakortok şəhərindən 825 km. cənub-şərqdə və İslandiyanın paytaxtı Reykyavikdən 961 km. cənub-qərbdə yerləşib.

44 - Tezliklə