Qırğızıstan XİN rəhbəri Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi Təşkilatının icraçı katibi ilə görüşüb

Digər ölkələr
  • 07 sentyabr, 2023
  • 12:10
Qırğızıstan XİN rəhbəri Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi Təşkilatının icraçı katibi ilə görüşüb

Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi Təşkilatının (NSHQM) icraçı katibi Robert Floydla görüşüb.

“Report” xəbər verir ki, təşkilat rəhbəri “Nüvə Silahlarının Yayılmasını Önləmə Mexanizminin Gücləndirilməsi”nə dair regional seminarda iştirak üçün paytaxt Bişkekə səfər edib.

Səfər çərçivəsində baş tutan görüş zamanı tərəflər Qırğızıstan və NSHQM arasında əməkdaşlığın aktual məsələləri və qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsi ətrafında fikir mübadiləsi aparıblar.

J.Kulubayev Mərkəzi Asiyada Nüvə Silahından Azad Zona haqqında Müqavilənin təminatçısı kimi Qırğızıstanın sülhün qorunmasına, zorakılığa yol verilməməsinə və kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınmasına sadiq olduqlarını bildirib.

R.Floyd isə Qırğızıstan və NSHQM arasında tərəfdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi üçün müsbət perspektivləri qeyd edib.

Qeyd edək ki, R.Floyd Qırğızıstana ilk səfəri çərçivəsində Qırğızıstan Respublikası Milli Elmlər Akademiyasının nümayəndələrinin iştirakı ilə Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının tələbələri üçün nüvə sınaqlarına dair xüsusi mühazirə də oxuyacaq.

44 filmi