Qırğızıstan dağ zirvəsinə Şanxay Əməkdaşlıq Təşkilatının adını verib
- 01 sentyabr, 2026
- 12:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Qırğızıstan Prezidenti Sadır Japarov hündürlüyü 4 050 metr olan dağ zirvəsinə "Şanxay Əməkdaşlıq Təşkilatı Zirvəsi" adının verildiyi barədə məlumat verib.
"Report"un Bişkekə ezam olunmuş əməkdaşı xəbər verir ki, dövlət başçısı bu barədə "ŞƏT plyus" formatında keçirilən yüksək səviyyəli görüşdə çıxış edərkən bildirib.
S.Japarovun sözlərinə görə, zirvəyə bu ad ŞƏT-in 25 illiyi şərəfinə verilib.
"Qoy bu zirvə əsl əməkdaşlığın möhkəm, əzəmətli və gələcəyə yönəlmiş olmasının rəmzinə çevrilsin. ŞƏT Zirvəsi - xalqların dostluğunun, sülhün, ortaq gələcəyin zirvəsidir", - Qırğızıstan Prezidenti bildirib.
O qeyd edib ki, dörddəbir əsr ərzində ŞƏT regionda əməkdaşlığın və sabitliyin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verib.