Qırğızıstan baş prokurorunun səlahiyyətlərini müvəqqəti olaraq birinci müavin icra edəcək
Digər ölkələr
- 05 iyun, 2022
- 00:37
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qırğızıstan Prezidenti Sadır Japarov ölkənin baş prokurorunun səlahiyyətlərini müvəqqəti olaraq birinci müavin Abay Moldokmatova tapşırıb.
"Report" xəbər verir ki, müvafiq sərəncam dövlət başçısının saytında dərc olunub.
Prezident digər sərəncamla baş prokuror Kurmankul Zuluşevi müvəqqəti olaraq tutduğu vəzifədən uzaqlaşdırıb.
Bu tədbirlər Qırğızıstanın səhiyyə naziri Alımkadır Beyşenəliyevə qarşı cinayət işinə hərtərəfli və ədalətli baxılmasını təmin etmək məqsədilə həyata keçirilib.
İyunun 4-də səhər saatlarında Japarov Beyşenəliyevi tutduğu vəzifədən uzaqlaşdırıb. Daha sonra o, koronavirus peyvəndi ilə dələduzluq işi ilə bağlı həbs edilib. Onun dövlətə təxminən 18 milyon ABŞ dolları ziyan vurduğu deyilir.
Son xəbərlər
08:54
"Reuters": BƏƏ sahillərində tankerdən neft sızması baş verib
Digər ölkələr
08:40
"Politico": Avropada bu yay istilər səbəbindən azı 50 min nəfər ölüb
Digər ölkələr
08:19
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:08
Çində zəlzələ nəticəsində xəsarət alanların sayı 65 nəfərə çatıb - yenilənib
Digər ölkələr
07:43
İlon Mask Corc Sorosu geridə qoyub
Digər ölkələr
07:26
"Rosatom": Macarıstanda "Pakş-2" AES layihəsinin dayandırılması ehtimalı var
Digər ölkələr
06:45
Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq
Energetika
06:25
"Brent" markalı neftin qiyməti may ayından bəri ilk dəfə 114 dolları ötüb
Energetika
05:55
"SpaceX" ABŞ-də ən azı 80 min mobil rabitə qülləsini icarəyə götürmək istəyir
İKT