Kiprdən Qəzzaya dəniz dəhlizi ilə humanitar yardım aparan ilk gəmi yola düşüb
- 12 mart, 2024
- 08:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Kipr Respublikasından Qəzzaya dəniz dəhlizi ilə humanitar yardım aparan ilk gəmi yola düşüb.
“Report” xəbər verir ki, bu barədə Kipr prezidenti Nikos Xristodulidis (Nikos Christodoulides) “X”də yazıb.
Onun bu paylaşımına münasibət bildirən Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen Kipr Prezidentinə təşəkkür edib.
“Qəzzaya humanitar dəniz dəhlizinin yaradılmasında Kiprin liderliyinə görə prezident Nikos Xristodulidisə təşəkkür edirəm. İlk gəminin yola düşməsi ümid əlamətidir. Daha çox gəmilərin onun ardınca getməsi üçün birlikdə çox çalışacağıq”,- Avropa Komissiyasının rəhbəri qeyd edib.
O vurğulayıb ki, fələstinlilərə yardımın çatdırılması üçün əllərindən gələni edəcəklər.
Qeyd edək ki, Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen Kipr Respublikasından Fələstinə dəniz yolu ilə humanitar dəhlizin açılacağını elan etmişdi.
Thank you President @christodulides for Cyprus’ leadership in setting up the humanitarian maritime corridor to Gaza.
— Ursula von der Leyen (@vonderleyen) March 12, 2024
The departure of the first ship is a sign of hope. We will work hard together for many more ships to follow.
We will do everything in our power for aid to reach… https://t.co/P7i72ugqqY